Ev sahiblərinin qələbəsində əsas rolu nigeriyalı legioner Viktor Osimhen oynayıb. O, 29-cu və 44-cü dəqiqələrdə fərqlənib və “Qalatasaray” fasiləyə öndə yollanıb - 2:0.

Türkiyə Superliqasının 9-cu turunun ən prinsipial oyunu keçirilib. Matc.az xəbər verir ki, “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edib.

Ev sahiblərinin qələbəsində əsas rolu nigeriyalı legioner Viktor Osimhen oynayıb. O, 29-cu və 44-cü dəqiqələrdə fərqlənib və  “Qalatasaray” fasiləyə öndə yollanıb - 2:0.

“Fənərbaxça” 62-ci dəqiqədə İrfan Can Kahveçinin qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest