"Bu məqalələr hər bir namizədin qalib gəlməsi ehtimalı nəzərə alınaraq əvvəlcədən hazırlanmışdı. Onlar heç də yekun sıralamanı əks etdirmir"

Kişi və qadın futbolunda 2025/26 mövsümünün ən yaxşı oyunçularının müəyyən ediləcəyi “Qızıl Top” mükafatlandırma mərasimi 30 dəqiqə gecikdirilib. Matc.az xəbər verir ki, buna səbəb yollarda yaranan sıxlıq və tıxaclar olub. 
 
“London Palladium”da keçirilən tədbir çərçivəsində, eləcə də ötən mövsümün ən yaxşı gənc oyunçuları, baş məşqçiləri, qapıçıları və klubları mükafatlandırılacaq.
 
Hər il Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən nüfuzlu mükafatın hazırkı sahibi PSJ-nin hücumçusu Usman Dembeledir.
 
Digər tərəfdən, təşkilatçılar rəsmi elandan əvvəl rəsmi internet saytında qalibin adının görünməsinə səbəb olan texniki xətanı izah ediblər. 
 
Xatırladaq ki, 2026-cı il mükafatının qalibini əks etdirən paylaşımda Harri Keyn ("Bavariya”), Lamin Yamal (“Barselona”) və Kilian Mbappe (“Real”) kimi futbolçuların adları yer almışdı.
 
Qurum bu məsələyə belə münasibət bildirib: “Bir neçə “Qızıl top”  namizədi üçün hazırlanmış profillər səhvən onlayn dərc olunub. Bu məqalələr hər bir namizədin qalib gəlməsi ehtimalı nəzərə alınaraq əvvəlcədən hazırlanmışdı. Onlar heç də yekun sıralamanı əks etdirmir; yekun nəticələr hələ də heç kimə məlum deyil”.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest