"Çelsi" Premyer Liqanın 7-ci turunun "Everton"la matçında zədələnən qapıçı Emiliano Martinesin səhhəti barədə məlumat yayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, çənə sümüyü sınan qapıçı Emiliano Martines uğurla əməliyyat olunub.

Martines əlavə müayinə üçün xəstəxanaya çatdırılıb və cərrahi müdaxilə tələb edən çənə sümüyünün sınığı təsdiqlənib.

Xatırladaq ki, argentinalı qolkiper "şirniyyatçılar"ın müdafiəçisi Cerrad Brantueyt ilə toqquşmadan sonra meydandan xərəklə aparılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest