"Atletik"in ispaniyalı vingeri Niko Uilyamsın maraqlarını təmsil edən Feliks Tainta hücumçunun "Barselona"ya baş tutmayan transferi ilə bağlı danışıqların təfərrüatlarını açıqlayıb və keçidin pozulma səbəbini rəsmən açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə "FRBarca" sosial şəbəkə hesabı məlumat yayıb.

Bildirilir ki, "Biz "Barselona" ilə danışıqlar aparırdıq və hər şeydən "Atletik"i də məlumatlandırırdım. Katalonların problemləri var idi və bizə heç bir zəmanət verə bilmirdilər. Nikoya isə oynamaq lazım idi. "Barselona"ya anlatdım ki, onların problemləri bizə təsir etməməlidir. Müəyyən təminat olmadığı üçün risk etmədik və klubla müqaviləni yeniləməyə qərar verdik".

Qeyd edək ki, 2035-ci ilə qədər müqaviləsi olan Uilyamsın sərbəstqalma məbləği 90 milyon avrodur. O, Baskiya klubunda 205 oyunda 38 qol vurub və 37 assist edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest