Frenki de Yonq tibbi müayinədən keçib və "Betis"lə matçda Hansi Flikin seçim siyahısında yer alacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat yayıb.

Bildirilir ki, Rafinya da de Yonq kimi İspaniya çempionatının növbəti matçı üçün "göy-qırmızılılar"ın sifariş vərəqəsinə daxil edilib.

Hər iki oyunçu UEFA Çempionlar Liqasının oktyabrın 13-də, çərşənbə axşamı keçirilən və Kataloniya təmsilçisinin qələbəsi ilə başa çatan "Galatasaray"la 2-ci tur görüşünü (4:1) buraxmalı olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest