"Samsunspor" yeni baş məşqçisini rəsmən açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi baş məşqçi vəzifəsi üçün xorvatiyalı mütəxəssis Nenad Bjelitsa ilə 2026–2027-ci illər mövsümünün sonuna qədçə qüvvədə olacaq müqavilə imzalayıb.

Bildirilir ki, Nuri Asan Təlim-Məşq bazasında təşkil olunan imza mərasimində futbol direktoru Fuat Çapa və yeni baş məşqçi Nenad Bjelitsa klubun hədəfləri barədə danışıblar.

Hər iki tərəf gənc heyətlə böyük uğurlar qazanmaq niyyətində olduqlarını və bu əməkdaşlığın klubun uzunmüddətli strategiyasına tam uyğun gəldiyini vurğulayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest