İspaniyanın "Barselona" klubunun hücumçusu Rafinya "Xetafe" (3:0) və "Qalatasaray" (4:1) ilə keçirilən iki oyundakı fasilədən sonra komanda ilə məşqlərə qayıdıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, braziliyalı futbolçu yaxın zamanlarda yenidən meydana çıxmağı planlaşdırır.

Qeyd olunur ki, yarımmüdafiəçi Frenki de Yonq da tam məşqlərə qayıdıb.

Rafinya İspaniya çempionatında bu mövsüm 7 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Həmçinin onun aktivində Çempionlar Liqasında 1 oyun və 2 qol var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest