FIFA hakimləri Əliyar Ağayev, Elçin Məsiyev, Tural Qurbanov və Kamal Umudlu ilk dəfə U-10 Liqasının oyunlarında iş başında olublar.
FIFA hakimləri Əliyar Ağayev, Elçin Məsiyev, Tural Qurbanov və Kamal Umudlu ilk dəfə U-10 Liqasının oyunlarında iş başında olublar.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzində keçirilən qarşılaşmalarda təcrübəli referilərin iştirakı uşaqlar üçün də fərqli və yaddaqalan təcrübə olub.
Uşaq futboluna marağın artırılması və gənc futbolçuların inkişafına dəstək məqsədi daşıyan bu təşəbbüsün gələcəkdə müntəzəm olaraq davam etdirilməsi nəzərdə tutulur.
Oyunların sonunda uşaqlar FIFA referiləri ilə görüşərək xatirə şəkilləri çəkdiriblər.













