Turinin "Yuventus" klubu komandadakı zədə epidemiyası səbəbindən azad agentlər bazarından yarımmüdafiə xəttinə gücləndirmə axtarır.
Matc.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.
Bildirilir ki, ən real namizəd yayda "Əl-Nəsr"dən ayrılan Marçelo Brozoviçdir. Xorvatiyalı futbolçu ilə Romanın "Latsio" klubu da yaxından maraqlanır.
Brozoviçlə yanaşı, "Yuventus"un mərkəz xəttini gücləndirmək üçün namizədlər siyahısında İv Bissuma, İsmayıl Bennaser və Tanqi Ndombelenin də adları hallanır.
Brozoviç daha əvvəl, 2015–2023-cü illərdə Milanın "İnter" klubunun heyətində A Seriyasında çıxış edib. Bu ilin yayında Xorvatiya millisinin sabiq üzvü ilə Madridin "Real" klubu da maraqlanırdı.
Qeyd edək ki, son 10 gün ərzində "Yuventus" zədə səbəbindən 4 futbolçusunu itirib. Kənan Yıldız, Kefren Türam, Manuel Lokatelli və Jeremi Boqa uzun müddətə sıradan çıxıblar.






_1789042859.jpg)





