10 Sentyabr 2026, 14:06
FUTBOL
"Real"ın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda "İnter" üzərində qazanılan qələbədən (2:1) sonra jurnalistə istehza ilə cavab verib.
Matc.az xəbər verir ki, Mourinyonun mətbuat konfransındakı maraqlı dialoqu idman mediasının gündəminə düşüb.
Reportyor portuqaliyalı mütəxəssisə bu sözlərlə müraciət edib: "İlk növbədə, sizi yenidən burada, Çempionlar Liqasında görmək xoşdur. Elə bir hiss var ki, sanki siz heç getməmişdiniz".
Təcrübəli baş məşqçi isə gülümsəyərək xanım jurnalistin səhvini düzəldib: "Mən ötən mövsüm burada "Benfika" ilə oynamışdım".



_1789042859.jpg)








