"Napoli" klubu intizamsızlıq səbəbindən Çempionlar Liqasının Liqa mərhələsinin I turunda Londonun "Arsenal" komandasına qarşı keçiriləcək oyunun iştirak ərizəsindən niderlandlı vinger Noa Lanqı çıxarıb.

Matc.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin idman direktoru Covanni Manna "Sky Sports Italy" telekanalına müsahibəsində məlumat verib.

"O, həftə ərzində qəbuledilməz davranışlar nümayiş etdirdi və matçı mənim yanımda izləyəcək, lakin bu, o qədər də qeyri-adi bir vəziyyət deyil: futbolçu baş məşqçidən və komandadan üzr istəyib. Biz həqiqəti danışmağı sevirik və hər şey qaydasındadır – belə şeylər olur", – deyə Manna vəziyyəti şərh edərkən bildirib.

Qeyd edək ki, "Napoli" "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir. Təmsilmizi İtaliyanın klubu ilə növbəti il yanvarın 20-də Bakıda üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest