Mərakeş millisinin müdafiəçisi Zakariya Əl-Vahdi "Hamburq"a keçib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Patrik Berger məlumat yayıb.

Almaniya klubu 24 yaşlı futbolçunun "Genk"dən transfer olunduğunu elan edib. Bu keçid "Hamburq"a 8 milyon avroya başa gələcək.

Ötən mövsüm Əl-Vahdi Belçika çempionatında çıxış etdiyi 34 matçda 4 qol vurub, həmçinin Mərakeş millisinin DÇ-2026 üçün heyətinə düşərək Fransaya qarşı keçirilən 1/4 final mərhələsinin oyununda (0:2) meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest