"Everton" ardıcıl ikinci dəfə "Mançester Siti"nin sol cinah vingeri Cek Qriilişi icarəyə götürüb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 30 yaşlı ingiltərəli futbolçu cari 2026/27 mövsümünün sonuna qədər yenidən komandanın heyətində yer alacaq.
Qriiliş ötən 2025/26 mövsümündə də "Everton"da oynayıb və keçirdiyi 22 matçda 2 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Müqavilənin digər detalları açıqlanmır.
Qrilişin Mançester klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir, bu səbəbdən gələn yay ingiltərəli futbolçu azad agent statusu ala bilər.
Qeyd edək ki, Qriiliş karyerası ərzində "Notts Kaunti" (39 matç), "Aston Villa" (213 matç) və "Mançester Siti"nin (159 matç) də şərəfini qoruyub.













