"Arsenal"ın dayaq yarımmüdafiəçisi Martin Subimendi Madrid "Real"ının maraq dairəsindədir.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Bildirilir ki, "Kral klubu" futbolçu ilə hələ ötən yay, o, "topçular"ın heyətinə keçməzdən əvvəl də maraqlanırdı.
İndi isə Rodrinin "Barselona"nı seçməsi məlum olduqdan sonra madridlilər yenidən Subimendi variantına qayıdıblar. Lakin hazırda bu transferin reallaşmasında iki əsas problem var: London təmsilçisi oyunçusu üçün minimum 90 milyon avro tələb edir, üstəlik "Çelsi" də uzun müddətdir bu futbolçunu heyətinə qatmaq istəyini nümayiş etdirir.
Qeyd edək ki, Subimendi ötən ilin yayında ayrıldığı "Real Sosyedad"ın yetirməsidir. O, bu müddət ərzində klub səviyyəsində 57 matçda meydana çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.













