11 Avqust 2026, 00:12
FUTBOL
Hücumçu Manor Solomon "Tottenhem"dən "Vest Hem"ə keçib.
Matc.az xəbər verir ki, İsrail millisinin futbolçusu ilə 3 illik müqavilə imzalanıb.
Solomon yeni klubunda 10 nömrəli formada çıxış edəcək.
O, 2023-cü ilin yayında "Tottenhem"ə azad agent kimi keçsə də, dizindən aldığı zədə səbəbindən 2023/24 mövsümünün böyük hissəsini buraxıb.
2024-cü ilin yayında icarə əsasında "Lids"ə yollanıb. Futbolçu 2025-ci ilin sentyabrında "Vilyarreal"a, 2026-cı ilın yanvarında isə "Fiorentina"ya keçib.
Solomon müqavilə ilə məxsus olduğu 3 il ərzində "Tottenhem"in heyətində ümumilikdə cəmi 6 matçda meydana çıxıb ki, bunlardan 5-i İngiltərə Premyer Liqasına, biri isə İngiltərə Liqa Kubokuna təsadüf edib.













