"Tottenhem"in müdafiəçisi Kristian Romero karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Madrid "Atletiko"su İspaniya paytaxtına köçməyə artıq ilkin razılıq verən 28 yaşlı argentinalı futbolçunun transferi üçün yenilənmiş təklif göndərməyə hazırlaşır.
"Atletiko" müdafiəçi uğrunda rəqabətdə liderliyə yüksəlməyi bacarıb. London klubu oyunçunu birbaşa rəqibi olan "Arsenal"a satmaqda maraqlı deyil.
Romero 2022-ci ildən "Tottenhem"in heyətində çıxış edir və onun klubla hazırkı müqaviləsi 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub. Ötən 2025/26 mövsümündə müdafiəçi 32 matçda meydana çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.













