"Benfika"nın əfsanəvi futbolçusu, hazırda isə prezidenti olan Ruy Koşta Portuqaliya Mərkəzi Bankının borcluların qeyri-rəsmi qara siyahısı hesab edilən Mərkəzi Kredit Reyestrinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə Observador nəşri məlumat yayıb.
Bildirilir ki, Koştanın bu siyahıya düşməsinə səbəb Karnaşidedəki "Dream Living" yaşayış layihəsi ilə bağlı "Banco Montepio" qarşısındakı ödənilməmiş kreditdir.
"Benfika"nın prezidenti layihənin səhmdarlarından biri olmaqla yanaşı, həm də bir neçə kredit üzrə zamin qismində çıxış edib.
Kreditlərin ümumi məbləği 20 milyon avro təşkil edib ki, bunun da 7 milyonu artıq ödənilib.
Lakin faizlər və cərimələr nəzərə alınmaqla, hazırda borcun məbləği 15 milyon avrodur.
İndi Koşta borcun ödənilməsi şərtlərinin yenidən nəzərdən keçirilməsi üçün "Banco Montepio" ilə danışıqlar aparır.












