20 İyul 2026, 12:29
FUTBOL
"Leypsiq"in və Fil Dişi Sahili millisinin vingeri Yan Diomande yayda PSJ-yə keçə bilər.
Matc.az xəbər verir ki, insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Fransa klubu hələ iyun ayında 19 yaşlı vunderkindlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Lakin PSJ digər klubların da maraq dairəsində olan oyunçunun transfer məbləği barədə "Leypsiq"lə razılığa gələ bilməyib.
Klublar arasında yaxşı münasibətlərin olduğu qeyd edilir. Hazırda danışıqlar davam edir.
2025/26 mövsümündə Diomande "Leypsiq"in heyətində bütün turnirlərdə meydana çıxdığı 32 matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Vingerin müqaviləsi 2030-cu ilin yayına kimidir, transfer dəyəri isə 75 milyon avro qiymətləndirilir.













