Londonun "Arsenal" klubunun 26 yaşlı müdafiəçisi Yakub Kivyor "Portu"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.

"Arsenal"dakı hər kəs Yakuba klubda keçirdiyi vaxt ərzində verdiyi töhfəyə görə təşəkkür edir və ona gələcək həyatında uğurlar arzulayır", - deyə London təmsilçisinin mətbuat xidməti bildirib.

Kivyor ötən mövsümü Portuqaliya klubunda icarədə keçirib. Portuqaliya klubu oyunçunu birdəfəlik transfer etmək hüququndan yararlanıb. Sövdələşmənin məbləği 17 milyon avro təşkil edib. Müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.

Kivyor "Arsenal"a 2023-cü ilin qış "transfer pəncərəsi"ndə "Spepsiya"dan keçib. Bu müddət ərzində o, 68 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest