"Bavariya" klubu "Liverpul"un cinah oyunçusu Rio Nqumoanın transferini gündəminə gətirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" nəşri yayıb.

Bildirilir ki, hücum xəttini gücləndirmək istəyən Almaniya nəhəngi sol cinah üçün əsas hədəf kimi məhz 17 yaşlı futbolçunu seçib. Gənc vinger "Bavariya"nın və baş məşqçi Vinsent Kompaninin onunla yaxından maraqlandığından xəbərdardır.

Buna baxmayaraq, Münhen təmsilçisi hələ ki "Liverpul"la rəsmi təmasa keçməyib. İngiltərə klubu isə Nqumoanın satılmayacağını israr edir.

Qeyd edək ki, gənc ulduz ötən ilin sentyabrında mersisaydlılar ilə 2028-ci ilin iyununa qədər qüvvədə olan ilk peşəkar müqaviləsini imzalayıb. Rio Nqumoa geridə qalan 2025/26 mövsümündə İngiltərə Premyer Liqasında şans qazandığı 19 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yaddaqalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest