"Marsel"in ingilis cinah hücumçusu Meyson Qrinvud karyerasını Türkiyə Superliqasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, "Fənərbaxça"da yaxın günlərdə keçiriləcək prezident seçkilərində namizədlərdən biri olan Hakan Safi, qalib gələcəyi təqdirdə Qrinvudun transferinə zəmanət verib. Safi artıq futbolçu ilə müqavilə şərtlərini razılaşdırdıqlarını və seçiləcəyi təqdirdə onunla 2030-cu ilin iyun ayına qədər müqavilə imzalanacağını bəyan edib.
İstanbul nəhəngi ilə yanaşı, ulduz futbolçunun xidmətində "Roma" və "Tottenhem" də maraqlıdır.
Cari mövsümdə "Marsel" forması ilə 45 oyunda 26 qol və 11 məhsuldar ötürmə ilə möhtəşəm performans sərgiləyən 24 yaşlı ingilis vinger, klubun yaşadığı maliyyə problemləri səbəbindən transfer siyahısına salınıb.
Qrinvudun Fransa klubu ilə 2029-cu ilə qədər müqaviləsi var. Onun hazırkı dəyəri isə 55 milyon avro qiymətləndirilir.













