15 May 2026, 19:05
FUTBOL
"Atalanta" və İtaliya millisinin mərkəz müdafiəçisi Corco Skalvini karyerasını "Yuventus"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TuttoSport" məlumat yayıb.
Bildirilir ki, Skalvininin transferi "Yuventus"un baş məşqçisi Luçiano Spallettinin şəxsi istəyidir. "Atalanta"nın 22 yaşlı futbolçu üçün təxminən 40 milyon avro tələb etməsi gözlənilir.
Bu mövsüm Skalvininin "Atalanta"da bütün yarışlarda 28 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Müdafiəçinin klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Skalvininin İtaliya millisində isə 8 oyunda meydana çıxıb.













