"Jirona"nın baş məşqçisi Miçel növbəti mövsümdə "Bayer"in sükanı arxasına keçməyə namizədlərdən biridir.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Leverkuzen təmsilçisi ispaniyalı mütəxəssisi öz məşqçi siyahısına daxil edib. Mövsüm başa çatdıqdan sonra "Bayer"i hazırkı baş məşqçi Kasper Yulmannın tərk edəcəyi gözlənilir.
Bu vəzifəyə digər bir namizəd kimi Oliver Qlasnerin adı çəkilir. O, mövsümün sonunda "Kristal Pelas"dan ayrılacaq.
Bundan əlavə, Miçelin adı "Ayaks"la da hallanır. Amsterdam klubu uğursuz mövsümdən sonra yeni layihə qurmaq üçün ispaniyalı mütəxəssisi əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
Miçelin "Jirona" ilə müqaviləsi iyunun 30-na qədər qüvvədədir. Kataloniya klubu hazırda La Liqanın turnir cədvəlində 36 oyundan sonra topladığı 40 xalla 15-ci pillədə qərarlaşıb.













