15 May 2026, 16:28
FUTBOL
"Benfika" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Matc.az xəbər verir ki, Lissabon təmsilçisi "Braqa"dan Rodriqo Salasarı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Benfika" Uruqvay millisinin üzvü üçün klubuna 30 milyon avro təzminat ödəyəcək. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rodriqo Salasar bu mövsüm "Braqa"nın heyətində bütün turnirlərdə keçirdiyi 47 oyunda 23 qol vurub, 8 qol ötürməsi edib.













