UEFA "Barselona"nın futbolçusu Rafinyanı cəzalandıra bilər.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Braziliyalı vinger Çempionlar Liqası 1/4 final mərhələsinin "Atletiko" ilə cavab oyunundan sonra hakimləri tənqid edib. Ali futbol qurumunun 28 yaşlı futbolçuya bir neçə oyunluq cəza verəcəyi bildirilir.

Qeyd edək ki, Rafinya qarşılaşmadan sonra "Hakimlər hər iki oyunda bizi soydular. Səhvlər insan təbiətinin bir hissəsidir, amma bunun bir mərhələdə iki dəfə təkrarlanması fəlakətdir. "Barselona" çox yaxşı oynadı, lakin bu oyunu da əlimizdən aldılar. Hakimlik dəhşətli idi, referinin verdiyi qərarlar isə anlaşılmaz idi" sözlərini deyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest