13 Aprel 2026, 21:15
FUTBOL
"Nyukasl"ın müdafiəçisi Lyuis Holl Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
"Mançester Siti" İngiltərə millisinin üzvünün xidmətində maraqlıdır. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 21 yaşlı sol cinah müdafiəçisinin oyununu bəyənir və onu komandasında görmək istəyir.
Qeyd edək ki, Lyuis Holl bu mövsüm "Nyukasl"ın heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.



_1776114032.jpg)








_1776098128.jpeg)