13 Aprel 2026, 09:20
FUTBOL
"Barselona"nın hücumçusu Robert Levandovski bu yay "Milan"a keçməyə ümid edir.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bildirilir ki, oyunçu İtaliya klubuna xidmətlərini şəxsən özü təklif edib və agentləri "Milan" nümayəndələri ilə ilk görüşü keçiriblər.
Levandovskinin MLS-də sərfəli seçimi var, lakin "Milan" mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə karyerasını orada davam etdirməyə üstünlük verir.
Qeyd edək ki, polşalı hücumçunun "Barselona" ilə hazırkı müqaviləsi bu yay başa çatır. 37 yaşlı futbolçu cari mövsüm 39 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.












