"Bayer"in yarımmüdafiəçisi Malik Tillman karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Fulhem", "Arsenal", "Aston Villa" və "Liverpul" ABŞ millisinin üzvünü transfer etmək istəyir. Almaniya klubu Tillmanı yalnız bir şərtlə sata bilər. Belə ki, Leverkuzen təmsilçisi 23 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 50 milyon avrodan yüksək təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Malik Tillman bu mövsüm "Bayer"in heyətində bütün turnirlərdə keçirdiyi 36 oyunda 8 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest