"Çelsi"nin soyunub-geyinmə otağında Entso Fernandesin davranışına görə gərginlik artır.
Matc.az Britaniya mətbuatına istinadən xəbər verir ki, komandanın bir sıra uğursuz nəticələrindən sonra bəzi futbolçular onun hərəkətlərindən narazıdır.
Xüsusilə, Fernandes komanda yoldaşlarını açıq şəkildə tənqid edib. Argentinalı yarımmüdafiəçi PSJ-yə qarşı Çempionlar Liqası matçı zamanı qapıçı Filip Yorgensenin səhvindən sonra emosional reaksiya verərək topu onun istiqamətinə atıb və narazılığını bildirib.
Bundan əlavə, 25 yaşlı futbolçu klubdakı gələcəyini də açıq şəkildə sual altına qoyub ki, bu da komanda daxilində əlavə narazılıq yaradıb.
Qeyd edək ki, Entso Fernandes cari mövsümdə "Çelsi"nin heyətində 46 oyunda iştirak edib, 12 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


_1775152113.jpg)

_1775148795.jpg)





_1775139593.jpg)

