29 İyun 2019, 10:24
FUTBOL
Braziliyada keçirilən Amerika Kuboku davam edir. Matc.az saytının məlumatına görə, 1/4 final mərhələsinin daha 2 görüşü baş tutub.
Venesuelanı məğlub edən Argentina yarımfinalda Braziliyaya rəqib olub. Digər cütlükdə çili Kolumbiyanı penaltilər seriyası ilə üstələyib. çili isə yarımfinalda Uruqvay - Peru cütünün qalibi ilə qarşılaşacaq. Mərhələnin son oyunu bu gün keçiriləcək.
Amerika Kuboku
1/4 final
Venesuela - Argentina - 0:2
Lautaro Martines, 10; Lo Selso, 74
Kolumbiya - çili - 0:0
Penaltilərlə - 4:5