"Real" "Bavariya"nın cinah oyunçusu Maykl Olise ilə müqavilə imzalamaqda maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Kristian Falk paylaşıb.

Bildirilir ki, Florentino Perez çətin mövsümdən sonra azarkeşlərə sevindirmək üçün bu yay ən azı bir yüksək səviyyəli transfer etmək istəyir. Bundan əlavə, "Real" uzun müddət oynaya bilməyən braziliyalı hücumçu Rodriqonun zədəsi səbəbindən sağ cinah hücum xəttini gücləndirməlidir.

Qeyd edək ki, Madrid klubu Olise üçün 160-165 milyon avro təklif edə bilər. Bu rəqəm hazırda fransız futbolçunu satmaq planı olmayan "Bavariya"nı ciddi şəkildə maraqlandıracaq.

Olise Almaniya klubunda ikinci mövsümünü keçirir. Bu müddət ərzində o, 35 qol vurub və 50 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest