13 Mart 2026, 11:18
FUTBOL
"Leypziq"in müdafiəçisi Kastello Lyukeba karyeraaını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
"Arsenal" fransalı futbolçunu transfer etmək istəyir. Premyer Liqanın lideri 23 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kastello Lyukeba bu mövsüm "Leypziq"in heyətində keçirdiyi 23 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












