UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarının nəticələrinə əsasən həftənin rəmzi komandasını açıqlayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarının nəticələrinə əsasən həftənin rəmzi komandasını açıqlayıb.

Matc.az xəbər verir ki, "Real", "Bavariya" və "Atletiko" komandaları ən çox təmsilçiyə malikdir və hər birində iki oyunçu var.

Ev oyununda "Liverpul"a minimal hesabla qalib gələn "Qalatasaray"dan isə İsmayıl Yakobs və Mario Lemina rəmzi komandaya düşə bilib.

Çempionlar Liqasında həftənin rəmzi komandası:

Qapıçı: Tibo Kurtua ("Real", Madrid)

Müdafiəçilər: Yosip Stanişiç ("Bavariya"), Robin Le Normand ("Atletiko", Madrid), Robert Andriç ("Bayer"), İsmayıl Yakobs ("Qalatasaray")

Yarımmüdafiəçilər: Sondre Brunstad Vöt ("Bodo-Qlimt"), Mario Lemina ("Qalatasaray"), Federiko Valverde ("Real", Madrid)

Hücumçular: Xviça Kvaratsxeliya (PSJ), Yulian Alvarez ("Atletiko", Madrid), Maykl Olise ("Bavariya")

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest