11 Mart 2026, 18:47
FUTBOL
I Liqada XVIII tura start verilib.
Matc.az xəbər verir ki, bu gün lider "Şəfa" səfərdə "Şimal"ın qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
18 turdan sonra 42 xal toplayan "Şəfa" liderliyini davam etdirir. 11 xalı olan "Şimal" isə sonuncu yerdədir.
"Şimal" - "Şəfa" 0:2
Qollar: E.Zamanov, 58, İ.Əliyev, 89












