27 İyun 2019, 12:38
FUTBOL
KONKAKAF Qızıl kukoku turnirində 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib. Matc.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Vild-Donald Geryenin formasını geyindiyi Haiti millisi bu mərhələdə Kanada ilə qarşılaşacaq.
1/4 finala çıxaraq tarix yazan Kurasao bu mərhələdə ABŞ sınağına çıxacaq. Favoritlərdən olan Meksika Kosta Rika ilə üz-üzə gələcək. Digər cütlükdə isə Yamayka ilə Panama münasibətlərini aydınlaşdıracaq.
1/4 final mərhələsinin oyunları iyunun 29-da keçiriləcək.