27 İyun 2019, 12:05
FUTBOL
Azərbaycan milisinin futbolçusu Pavel Paşayevin komandası "Aleksandriya" təlim-məşq toplanışını Hollandiyada davam etdirir. Matc.az saytının məlumatına görə, Ukrayna klubu hazırlıq çərçivəsində ilk yoxlama görüşünü keçirib.
Rəqib Almaniyanın III Bundesliqa təmsilçisi "Yurdingen" olub. Qarşılaşma almanların 4:3 hesablı qələbəsi ilə nəticələnib. "Aleksandriya" hər hissədə fərqli "11-lik"lə çıxış edib. Paşayev isə 60-cı dəqiqədə meydana daxil olub və 30 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Aleksandriya" növbəti oyununu sabah "Anderlext"ə qarşı keçirəcək.