"Şalke" mövsümün sonunda müqaviləsi başa çatan Edin Ceko ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, II Bundesliqa təmsilçisi Bosniya və Herseqovina millisinin üzvünü komandada saxlamaq istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

39 yaşlı forvardın performansı məşqçilər korpusunu qane edir. Klub təcrübəli futbolçuya 1 illik yeni sözləşmə təklif edəcək.

Qeyd edək ki, Edin Ceko bu ilin yanvarında "Şalke"yə qoşulub. O, komandanın heyətində keçirdiyi 6 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest