04 Mart 2026, 09:20
FUTBOL
"Liverpul" İngiltərə Premyer Liqasının 29-cu turunda səfərdə "Vulverhempton"a 2:1 hesabı ilə məğlub olub. Mersisaydlılar ikinci qolu əlavə edilmiş vaxtın 4-cü dəqiqəsində buraxıb.
Matc.az "Opta Sport" statistika portalına istinadən xəbər verir ki, "Liverpul" Premyer Liqada beşinci məğlubiyyətini 90-cı dəqiqədən sonra buraxdığı səbəbindən alıb.
Bu göstəriciy görə "Liverpul" anti-rekorda imza atıb. Belə ki, çempionat tarixində heç bir komanda bir mövsüm ərizdə indiyə kimi belə bir göstərici ilə üzləşməyib.
Qeyd edək ki, bu oyundan sonra "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla beşinci yerdə qərarlaşıb.











