02 Mart 2026, 22:36
FUTBOL
"Real"ın futbolçusu Kilian Mbappe fransalı həkimlər tərəfindən tibbi müayinədən keçirilib.
Matc.az xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb.
Müayinənin nəticəsinə əsasın 27 yaşlı forvardın sol dizində burxulma olduğu təsdiqlənib. Fransalı futbolçunun vəziyyəti nəzarət altında saxlanılır və onun məşqlərə nə vaxt başlayacağı inkişaf dinamikasından asılı olacaq.
Qeyd edək ki, Kilian Mbappe bu mövsün "Real"ın heyətində keçirdiyi 33 oyunda 38 qol vurub, 6 qol ötürməsi edib.






_1772485254.jpg)





