"Esteqlal"ın formasını geyinən Munir El Haddadi İranda baş verən hadisələrdən sonra ölkəni quru yolla tərk edərək Türkiyəyə keçdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, mərakeşli hücumameyilli yarımmüdafiəçi bununla bağlı instaqram hesabında paylaşım edib:
“İrandakı vəziyyətimlə bağlı mesajlarınıza və narahatlığınıza görə hər kəsə təşəkkür etmək istəyirəm. Ölkəni təyyarə ilə tərk etməyi planlaşdırırdıq, lakin təxliyə olunduq və uçuş həyata keçmədi. Klub mənə ölkəni quru yolla tərk etməyim üçün avtomobil təmin etdi. Bunun sayəsində sərhədi problemsiz şəkildə keçə bildim. Hazırda Türkiyədəyəm və təhlükəsizlikdəyəm. Növbəti bir neçə saat ərzində İspaniyaya çatacağam. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm”.
Qeyd edək ki, Munir El Haddadi mövsümün əvvəlindən "Esteqlal"da çıxışı edir. 30 yaşlı futbolçu "Barselona", "Valensiya", "Sevilya" kimi klubların formasını geyinib.



_1772464004.jpeg)








