"Barselona"nın prezidenti Joan Laporta komandasının bu mövsüm İspaniya La Liqasını qazanacağını bildirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

"Son üç finalda "Real"ı məğlub etdik. İndi geri qayıdıb "Atletiko"ya meydan oxumalıyıq. Komandamız bütün çətinliklərə baxmayaraq La Liqanı qazanacaq", - deyə Laporta açıqlama verib.

Qeyd edək ki, İspaniya La Liqasının 25 turundan sonra "Barselona" 61 xalla turnir cədvəlində birinci yerdədir. "Real" 60 xalla ikinci, "Vilyarreal" isə 51 xalla üçüncüdür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest