"Kəpəz"i təbrik etmək istəyirəm. Komandaya gələndən bəri ən pis ilk hissə keçirdik. İnanılmaz səhvlərdən qollar buraxdıq".
“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 22-ci turunun açılış matçında “Kəpəz”lə qarşılaşıb.
Matc.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Saşa İliçin mətbuat konfransı olub. Serb çalışıdırıcı 0:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Kəpəz”i təbrik etmək istəyirəm. Komandaya gələndən bəri ən pis ilk hissə keçirdik. İnanılmaz səhvlərdən qollar buraxdıq. İkinci hissədə daha yaxşı çıxış etdik. Daha sonra qırmızı vərəqə aldıq, bu da oyuna təsir etdi. İkinci sarı vərəqə üçün o qədər də kobudluq olduğunu düşünmürəm. Amma yenə də, bu, hakimin qərarıdır, hörmətlə yanaşırıq.
Oyunumuzu yaxşılaşdırmağa çalışacağıq. Ramalinqomun cəzası başa çatır, növbəti oyunlardan komandaya qoşulacaq. Bundan əlavə, kubokda da oyunumuz var. Deməzdim ki, rahatam. İlk 20 dəqiqədə buraxılan qollar komandanın oyununu “sındırdı”.












