28 Fevral 2026, 12:10
FUTBOL
"Qəbələ" Misli Premyer Liqasının 22-ci turu çərçivəsində doğma meydanda "Karvan-Yevlax"ı qəbul edəcək.
Matc.az xəbər verir ki, ötən gecə rayon ərazisinə qar yağıb. Klub əməkdaşları texnikalar vasitəsi ilə Qəbələ şəhər stadionunun meydançasını qardan təmizləyiblər.
Qeyd edək ki, "Qəbələ" – "Karvan-Yevlax" qarşılaşması bu gün saat 17:00-da start götürəcək.












