26 Fevral 2026, 14:09
FUTBOL
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo İspaniyanın "Almeriya" klubunun səhmlərinin 25 faizini alıb.
Matc.az xəbər verir ki, portuqaliyalı ulduz bununla bağlı açıqlama verib. 41 yaşlı forvard klubun inkişafı üçün dəstək verəcəyini bildirib:
"Uzun müddətdir ki, meydandan kənarda da futbola töhfə vermək arzusu ilə yaşayıram. "Almeriya" İspaniyanın möhkəm təmələ və aydın inkişaf potensialına malik klubudur. Klubun yeni inkişaf mərhələsində ona dəstək olmaq üçün rəhbər heyətlə birlikdə çalışmaq istəyirəm.”
Qeyd edək ki, "Almeriya" İspaniya II Liqa Liqasında 27 turdan sonra 48 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.












