UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri keçirilib.

Matc.az xəbər verir ki, ilk oyunda 5:2 hesablı qələbə qazanan "Qalatasaray" səfərdə "Yuventus"un qonağı olub.

Qarşılaşmanın əsas vaxtı İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Əlavə vaxtda 2 qol vuran "sarı-qırmızılar" növbəti mərhələyə yüksəlib.

"Qalatasaray" 1/8 finalda "Liverpul" və ya "Tottenhem"lə qarşılaşacaq.

"Yuventus" - "Qalatasaray" 3:2
Qollar:
Manuel Lokatelli, 37 (pen), Federiko Qatti, 70, Ueston Makkenni, 82 - Viktor Osimhen, 105+1, Barış Alper Yılmaz, 119
Qırmızı vərəqə: Lloyd Kelli, 48

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest