26 Fevral 2026, 11:15
FUTBOL
Hakan Çalhanoğlu "İnter"dəki gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi gələn il İtaliya klubunu tərk edəcək. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Hakanın klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır. 32 yaşlı futbolçu Milan təmsilçisinin yeni sözləşmə təklifini qəbul etməyəcək. Təcrübəli dayaq yarımmüdafiəçisi müqaviləsi başa çatdıqdan sonra A Seriyası təmsilçisindən ayrılacaq.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə keçirdiyi 23 oyunda 8 qol vurub, 4 qol ötürməsi edib.









_1772098688.jpg)


