25 Fevral 2026, 14:15
FUTBOL
"Mançester Yunayted"in qapıçısı Altay Bayındır ölkəsinə qayıdacaq.
Matc.az xəbər verir ki, "Beşiktaş" türkiyəli qolkiperin keçidini həll edib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi həm İngiltərə klubu ilə, həm də Altayın özü ilə razılıq əldə edib. 27 yaşlı "əlcək sahibi" mövsüm başa çatdıqdan sonra "qara qartallar"ın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Altay Bayındırı 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 6 oyunda meydana çıxıb.












