AFFA-nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və UEFA-nın dəstəyi ilə "Məktəbli Qızlar" turnirinin Bakı şəhəri Nəsimi və Səbail rayonlarının məktəbləri arasında qrup mərhələsinin son oyunları keçirilib.

Matc.az xəbər verir ki, qrupda 8, 6, 189-190, 7 və 132-134 nömrəli məktəblər iştirak ediblər.

8 və 6 nömrəli məktəblər növbəti mərhələyə vəsiqə qazanaraq, Bakı birinciliyində iştirak hüququ əldə ediblər.

189-190 nömrəli məktəb mərkəz olaraq seçildiyi üçün qrup oyunları həmin təhsil müəssisəsində təşkil olunub.

İlkin seçmə mərhələ matçları başa çatdıqdan sonra AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, departamentin əməkdaşları və qadınlardan ibarət U-19 millimizin futbolçuları turnirdə iştirak edən oyunçu və məşqçilərə uğurlar arzulayıb, onlara hədiyyələr təqdim ediblər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest