İngiltərənin "Lester Siti" klubuna ağır cəza verilib.

Matc.az xəbər verir ki, 2015/2016 mövsümündə İngiltərə çempionu olmuş "tülkülər"in 6 xalı silinib. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

Klub maliyyə qaydalarına riayət etmədiyi üçün cəzaya məruz qalıb.

Qeyd edək ki, Çempionşipdə mübarizə  aparan "Lester Siti" 30 turdan sonra 38 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Xallar silindikdən sonra komanda 21-ci yerə düşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest