"Fənərbaxça" Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kantenin transferini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kante ilə 2028-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalanıb. 35 yaşlı futbolçunun transfer dəyəri 4,5 milyon avro təşkil edib.

Cari mövsüm Nqolo 26 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Fransız futbolçu futbolçu karyerası ərzində "Lester", "Bulon", "Kan" və "Çelsi"də oynayıb. Kante karyerası ərzində ən çox London klubunda meydana çıxıb - 269 (13 qol və 16 məhsuldar ötürmə) oyun. O, həmçinin Fransa milli komandasında 65 oyun keçirib.

Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Superliqasında 20 turdan sonra 46 xalla ikinci yerdədir. "Sarı-lacivərdlilər" 49 xal toplayan lider "Qalatasaray"dan 3 xal geri qalır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest